Ucnoqta.az
www.ucnoqta.az

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

16:41 - 9 Fevral 2024 tarixində dərc olunub.

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədəUcnoqta.az-a DSX-dən məlumat verilib.

Araşdırma zamanı saxlanılan şəxsin Kürdəmir rayon sakini 1967-ci il təvəllüdlü Abuşov Elxan olduğu müəyyən edilib.

Əraziyə baxış zamanı ümumi çəkisi 11 kiloqram 700 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası