Ucnoqta.az
www.ucnoqta.az

Pakistanda partlayış baş verib

11:14 - 8 Fevral 2024 tarixində dərc olunub.

Bəlucistan əyalətində partlayış baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Məlumata görə, Köhlü rayonunda avtomobilin yaxınlığında partlayış baş verib. 4 nəfər xəsarət alıb.

Polis araşdırma aparır.

Müəllif: Ucnoqta.az redaksiyası