Ucnoqta.az
www.ucnoqta.az

Məzahir Pənahov səsvermədə iştirak edib

16:50 - 7 Fevral 2024 tarixində dərc olunub.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar prezident seçkilərində səsvermədə iştirak edib.

Ucnoqta.az Azərtac-a istinadən xəbər verir ki, MSK sədri fevralın 7-də 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 31 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Həmin seçki məntəqəsində 1317 seçici qeydiyyatdadır. 

Müəllif: Ucnoqta.az redaksiyası