Ucnoqta.az
www.ucnoqta.az

Mehriban Əliyevadan Cavanşir Quliyevlə bağlı tapşırıq

10:30 - 6 Fevral 2024 tarixində dərc olunub.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin müalicəsinə Fond tərəfindən dəstək verilir.

Ucnoqta.az xəbər verir ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşib. 

74 yaşlı bəstəkar xəstəxanaya yerləşdirilib. 

Onun beyninə qan sızdığı bildirilir. ///APA

Müəllif: Ucnoqta.az redaksiyası