Ucnoqta.az
www.ucnoqta.az

Tovuzda 10 yaşlı uşaq xəstəxanada qızılcadan ölüb

18:43 - 5 Fevral 2024 tarixində dərc olunub.

Tovuzda azyaşlı xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Qədirli kənd sakini, 2014-cü il təvəllüdlü Y.İ. fevralın 4-də Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Azyaşlı bu gün 16 radələrində xəstəxanada dünyasını dəyişib. Onun qızılcadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası