Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə Misirə PUA-lar tədarük edəcək

00:33 - 5 Fevral 2024 tarixində dərc olunub.

Türkiyə ikitərəfli münasibətlərin normallaşması çərçivəsində Misirə pilotsuz uçuş aparatları verəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan A-haber telekanalına müsahibəsində bildirib.

“Bizim ikitərəfli əlaqələrimiz aşağıdakı səbəblərə görə vacibdir: regional təhlükəsizlik baxımından vacibdir, ticarət baxımından son dərəcə vacibdir: “Münasibətlərin normallaşdırılması Misirin müəyyən texnologiya dəstək ala bilməsi üçün vacibdir. Həmçinin Türkiyənin pilotsuz təyyarələr və digər texnologiyaları təmin etməsi ilə bağlı razılaşmamız var. Afrikadakı əməkdaşlığımız da, xüsusilə Liviyada vacibdir."

Müəllif: Ucnoqta.az redaksiyası