Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-da güclü zəlzələ olub

09:55 - 3 Fevral 2024 tarixində dərc olunub.

Amerikanın Oklahoma Siti şəhərindən 70 km aralıda 5,5 bal gücündə zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Ocaq 6 km dərinlikdə yerləşir.

Yeraltı təkanların fəsadları barədə hələlik məlumat daxil olmayıb.

Müəllif: Ucnoqta.az redaksiyası