Ucnoqta.az
www.ucnoqta.az

Husilər Qırmızı dənizdə Britaniyanın ticarət gəmisinə hücum edib

00:03 - 2 Fevral 2024 tarixində dərc olunub.

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri Qırmızı dənizdə İsrailə gedən Britaniya ticarət gəmisinə hücum edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya bildirib.

"Yəmən donanması Qırmızı dəniz vasitəsilə işğal olunmuş Fələstin ərazilərindəki limana gedən Britaniya ticarət gəmisinə gəmi əleyhinə raket zərbələri endirib", - Saria X yazıb.

Müəllif: Ucnoqta.az redaksiyası