Ucnoqta.az
www.ucnoqta.az

DİN və Pentensiar Xidmət birgə əməliyyat keçirib

13:38 - 1 Fevral 2024 tarixində dərc olunub.

Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti birgə əməliyyat keçirib.

Pentensiar Xidmətdən Ucnoqta.az-a verilən xəbərə görə, yanvarın 31-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Zahid Balakərim oğlu Cəbrayılova məxsus bir ədəd “Karabin” markalı odlu silah və 2 ədəd güllə Binəqədi rayonu 7-ci mikrorayon ərazisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası