Ucnoqta.az
www.ucnoqta.az

Korridaya qoyulan qadağa yenidən tətbiq edilib

00:57 - 1 Fevral 2024 tarixində dərc olunub.

Meksika məhkəməsi 2023-cü ilin dekabrında ləğv edilmiş dünyanın ən böyük korridası olan Plaza de Toros Mexico-da korridaya qoyulan qadağanı yenidən tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Razon” nəşri məlumat yayıb.

Qeyd olunur ki, qadağa yerli heyvan hüquqları dərnəyinin Mexiko şəhərinin heyvanların mühafizəsi qanunu əsasında məhkəməyə müraciətindən sonra tətbiq edilib. Qərar məhkəmədə etiraz edilə bilərdi, lakin bu həftə sonuna planlaşdırılan döyüşlər artıq ləğv edilib.

Xatırladaq ki, 2023-cü ilin dekabrında qadağa ləğv edildi, çünki Meksika Ali Məhkəməsinə görə, daha əvvəl korrida qadağasına qarşı iddia qaldırmış vətəndaş birliyi Justicia Justa, korridadan “qaçılmaz və düzəlməz zərərin olduğunu sübut edə bilmədi”. Məhkəmə bildirib ki, qərar dörd hakim tərəfindən yekdilliklə qəbul edilib.

Müəllif: Ucnoqta.az redaksiyası