Ucnoqta.az
www.ucnoqta.az

Oğuzda yeni bağça binası istifadəyə verilib - VİDEO

19:41 - 31 Yanvar 2024 tarixində dərc olunub.

Oğuz şəhərində yeni inşa edilmiş 100 yerlik bağçasının binası istifadəyə verilib.

Ucnoqta.az xəbər verir ki, yeni binada ötən ilin noyabr ayında yanaraq yararsız vəziyyətə düşmüş Oğuz şəhər 3 nömrəli körpələr evi-uşaq bağçası fəaliyyətə başlayıb.

Hazırda Oğuz rayonunda 935 uşağı əhatə edən 18 bağça fəaliyyət göstərir. 

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin sektor müdiri Bəhruz Nəbili bildirib ki, 3 saylı şəhər bağçası Heydər Əliyev Fondu tərəfindən tikilib istifadəyə verilmiş bu bağçaya köçürülüb:

"Körpələr üşün bağçada hər bir şərait yaradılıb. Bağçada yeni qrupun açılması üçün imkan vardır" - sektor müdiri qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası