Ucnoqta.az
www.ucnoqta.az

İl-76-nı vuran raketin növü müəyyənləşib

13:56 - 31 Yanvar 2024 tarixində dərc olunub.

Belqorod vilayəti üzərində İl-76-nı vuran raketin növü müəyyənləşib

Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Rusiya fövqəladə hallar xidməti bildirib ki, göyərtəsində Ukrayna əsgərlərinin olduğu İl-76 təyyarəsi Qərb tipli zenit-raket kompleksindən raketlə vurulub.

“Təyyarədə aşkar edilən dağıdıcı elementlərin ilkin müayinəsi raketin Qərb istehsalı olan hava hücumundan müdafiə sisteminə aid olduğunu göstərir”, - agentliyin mənbəsi izah edib.

Əlavə heç bir təfərrüat verilməyib.

Müəllif: Ucnoqta.az redaksiyası