Ucnoqta.az
www.ucnoqta.az

Almaniya, Hollandiya və Polşa hərbi dəhliz yaratmaq üçün bəyannamə imzalayıb

13:48 - 31 Yanvar 2024 tarixində dərc olunub.

Hollandiya, Polşa və Almaniya hərbi dəhliz yaratmaq niyyəti haqqında bəyannamə imzalayıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Niderlandın Müdafiə Nazirliyinin rəhbəri Kaysa Ollonqren X səhifəsində deyib.

O, qeyd edib ki, hərbi heyətin və yüklərin daha sürətli və səmərəli şəkildə daşınması üçün bizə hərbi Şengen lazımdır:

"Bu məqsədlə biz mühüm addım atdıq: Polşa, Almaniya və Hollandiya hərbi dəhliz yaratmaq üçün bəyannamə imzaladı". 

Dəhliz yaradılması infrastrukturdan tutmuş bürokratik maneələrə qədər hərbi hərəkətləri ləngidən bütün məsələlərin həllini nəzərdə tutur.

Müəllif: Ucnoqta.az redaksiyası