Ucnoqta.az
www.ucnoqta.az

Nigeriyada silahlı şəxslər məktəbliləri və müəllimləri qaçırıblar

16:05 - 30 Yanvar 2024 tarixində dərc olunub.

Nigeriyanın cənub-qərbində naməlum şəxslərdən ibarət silahlı qrup altı məktəbli və üç müəllimi qaçırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ekiti əyalətinin hakimiyyət orqanları məlumat yayıb.

Bildirilir ki, silahlılar tələbələr və müəllimləri səyahətdən avtobusda məktəbə qayıdarkən əsir götürüblər. Təhlükəsizlik xidmətlərinin qaçırılanların izinə düşdüyü bildirilir.

Müəllif: Ucnoqta.az redaksiyası