Məşədi Dadaş məscidinin sabiq axundu, ilahiyyatçı Hacı Şahin Həsənlinin məzarında təmir işlərinə başlanılıb.
Ucnoqta.az News24.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl başlayan işlərin yaxın zamanda yekunlaşması planlaşdırılır.
Xatırladaq ki, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli ötən ilin mart ayında ürəktutmasından dünyasını dəyişib.