Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada daxili reyslərdə spirtli içkilərin satışına icazə veriləcək

08:29 - 30 Yanvar 2024 tarixində dərc olunub.

Rusiya hava limanlarında daxili reyslərdə spirtli içkilərin pərakəndə satışına icazə verilməsi planlaşdırılır.

Ucnoqta.az "İzvestiya"ya istinadən xəbər verir ki, içkilər, gözləmə zonasında yerləşən pərakəndə satış məntəqələrində, eləcə də baqaj qəbulu yerlərində satılacaq.

Qeyd edilir ki, bu tədbir 2026-cı il mayın 31-dək qüvvədə ola bilər. Belə ki, Dövlət Duması müvafiq qanun layihəsini martda birinci oxunuşda qəbul edə bilər. Bunu parlamentin aşağı palatasının iqtisadi siyasət üzrə müvafiq komitəsi də təsdiqləyib.

"Düşünmürəm ki, bu qanun layihəsinin qəbulu Rusiyada alkoqol istehlakının artmasına səbəb olacaq, çünki aeroport mağazalarında çox vaxt şəhər supermarketlərindən daha keyfiyyətli spirt satılır. Ona görə də buna etiraz etməyə ehtiyac yoxdur, rahat vətəndaşlar üçün olacaq”, - deyə Dövlət Dumasının iqtisadi siyasət komitəsi sədrinin birinci müavini Nikolay Arefiyev qeyd edib.

O əlavə edib ki, alınan içkilər təyyarədə istehlak edilə bilməz, onlar əl yükünə qoyulmalıdır. Deputat vurğulayıb ki, insanlar qutularda rüsumsuz alkoqol almırlar, çox vaxt hədiyyə olaraq bir və ya iki butulka olur, lakin bu tədbir biznesə fayda verə bilər.

Müəllif: Ucnoqta.az redaksiyası