Ucnoqta.az
www.ucnoqta.az

İran ABŞ bazasına hücumda iştirakını təkzib edib

08:27 - 29 Yanvar 2024 tarixində dərc olunub.

İranın İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz uçan aparatların zərbəsi ilə heç bir əlaqəsi yoxdur.

Ucnoqta.az xəbər verir ki, bu barədə İRNA xəbər agentliyinə İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi bildirib.

Diplomat qeyd edib ki, o, belə bir bəyanatla Vaşinqton administrasiyasının Tehrana qarşı ittihamları ilə bağlı çıxış edib.

Müəllif: Ucnoqta.az redaksiyası