Ucnoqta.az
www.ucnoqta.az

Pakistan və İran səfirlərini geri qaytarıblar

20:10 - 26 Yanvar 2024 tarixində dərc olunub.

Pakistan və İran normallaşma prosesi başa çatdıqdan sonra səfirlərini hər iki ölkənin paytaxtlarına qaytarıblar.

Ucnoqta.az xəbər verir ki, hər iki səfir X şəbəkəsində bildirib.

"Pakistan rəhbərliyinin səmimi və xoş arzularına uyğun olaraq, Tehrana yollanıram. Səhifəni çevirməyin vaxtıdır", - Pakistan səfiri Məhəmməd Mudassir X sosial şəbəkəsində bildirib.

İranın İslamabaddakı səfiri Rza Əmiri Moqadam Pakistanın paytaxtına qayıtdığını açıqlayıb. "Mən İslamabada qayıdıram. Yaşasın İranla İslamabad dostluğu", - iranlı diplomat X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Müəllif: Ucnoqta.az redaksiyası