Ucnoqta.az
www.ucnoqta.az

Ayda qeyri-adi daşlar aşkar edilib

14:43 - 26 Yanvar 2024 tarixində dərc olunub.

Ayın Rainer Qamma bölgəsində mütəxəssislər qəribə maqnit xüsusiyyətlərinə malik daşları müşahidə ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniyanın Münster Universitetində məlumat verilib.

Mütəxəssislər deyirlər ki, metr uzunluğundakı bu daşlar günəş işığını digər oxşar obyektlərdən fərqli şəkildə əks etdirir.

Bu yeni tapıntılar alimlərə Ay qabığını formalaşdıran və dəyişdirən prosesləri anlamağa kömək edir.

Planet Elmləri İnstitutundan Ottaviano Rusch qeyd edib ki, Yerin təbii peykinin maqnit xassələri haqqında mövcud biliklər çox məhduddur. Onun sözlərinə görə, Rainer Qamma bölgəsində tapılan daşlar Ayın tarixi və onun maqnit nüvəsi haqqında daha çox məlumat əldə etməyə kömək edəcək.

Qeyd olunur ki, daşlar süni intellekt vasitəsilə həyata keçirilən Ay süxurlarının təsvirlərinin təhlili zamanı aşkar edilib.

Müəllif: Ucnoqta.az redaksiyası