Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə Rusiyaya 1,5 milyon ədəd yumurta göndərib

16:43 - 25 Yanvar 2024 tarixində dərc olunub.

Türkiyədən 316,8 min ədəd ərzaq yumurtasının növbəti partiyası Rusiyaya idxal edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un mətbuat xidməti məlumat yayıb. Yanvarın 25-nə bu ölkədən Rusiya Federasiyasına 1,5 milyon ədəd yumurta idxal edilib.

Departamentdən əlavə ediblər ki, yüklər anbara daxil olduqdan sonra qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün nümunə götürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası