Ucnoqta.az
www.ucnoqta.az

Ukrayna ordusu sutka ərzində 925 hərbçisini itirdi

15:39 - 25 Yanvar 2024 tarixində dərc olunub.

Ukrayna hərbçiləri sutka ərzində 925 nəfər ölüb və yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin 8 tankı da məhv edilib, 91 PUA, Zaporojye istiqamətində Çexiya istehsalı olan Vampire MLRS vurulub.

Müəllif: Ucnoqta.az redaksiyası