Ucnoqta.az
www.ucnoqta.az

Avropa Şurasının insan hüquqları üzrə yeni komissarı seçilib

14:30 - 25 Yanvar 2024 tarixində dərc olunub.

Avropa Şurasının insan hüquqları üzrə yeni komissarı seçilib

Ucnoqta.az xəbər verir ki, Dunya Miyatoviç bu vəzifəni tərk edir və onun yerinə bu il aprelin 1-dən vəzifəsinin icrasına başlayacaq Maykl O'Flaherti gəlir.

"Avropa Şurasının İnsan Hüquqları üzrə növbəti Komissarı seçilən irlandiyalı Maykl O'Flaherti təbrik edirik! O, Dunya Miyatoviçi əvəzləyəcək və 6 il müddətinə Komissar vəzifəsində çalışacaq", - AŞPA-nın X sosial şəbəkəsində yaydığı bəyanatda deyilir.

Müəllif: Ucnoqta.az redaksiyası