Ucnoqta.az
www.ucnoqta.az

Afinanın mərkəzində bankın yaxınlığında partlayış olub

11:29 - 25 Yanvar 2024 tarixində dərc olunub.

Afinanın mərkəzində bankın yaxınlığında əldəqayırma qurğu partlayıb, xəsarət alan olmayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yunanıstanın newsbomb.gr informasiya portalı məlumat yayıb.

Məlumata görə, Afinanın mərkəzində yerləşən bank filialında səhər tezdən qaz balonlarından və benzin qutusundan hazırlanmış qurğunun partlaması baş verib. Banka maddi ziyan dəyib. Ölən və yaralananlar olmayıb.

Yunanıstanın Terrorla Mübarizə Xidməti hadisə ilə bağlı araşdırmaya başlayıb.

Müəllif: Ucnoqta.az redaksiyası