Ucnoqta.az
www.ucnoqta.az

Kanadada təyyarə qəzaya uğrayıb - 6 nəfər həlak olub

00:10 - 25 Yanvar 2024 tarixində dərc olunub.

Kanadanın Arktika Şimal-Qərb Ərazilərində kiçik sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli polisin açıqlamasında deyilir.

Təyyarə çərşənbə axşamı Fort Smith yaxınlığında qəzaya uğrayıb. İlkin məlumatlara görə, iki ekipaj üzvü və dörd sərnişin həlak olub. Digər sərnişin yaralanıb və xəstəxanaya yerləşdirilib.

Araşdırmalara başlayıb.

Müəllif: Ucnoqta.az redaksiyası