Ucnoqta.az
www.ucnoqta.az

ABŞ qoşunlarını Suriyadan tamamilə çıxarılması imkanını nəzərdən keçirir

20:22 - 24 Yanvar 2024 tarixində dərc olunub.

Vaşinqton Amerika qoşunlarının Suriyadan tamamilə çıxarılması imkanını nəzərdən keçirir.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalı məlumat yayıb.

Məlumata görə, Ağ Ev artıq ABŞ-ın Suriyadakı missiyası ilə maraqlanmır və onu lazımsız hesab edir. Yekun qərar hələ verilməsə də, Amerika administrasiyası daxilində qoşunların nə vaxt və necə çıxarılacağı ilə bağlı müzakirələr gedir.

Müəllif: Ucnoqta.az redaksiyası