Ucnoqta.az
www.ucnoqta.az

6 nömrəli məktəbdəki zorakılıq iddiaları ilə bağlı qərar verilib

17:07 - 24 Yanvar 2024 tarixində dərc olunub.

"Bakı şəhəri 6 nömrəli məktəb-liseydə II sinif şagirdinin zorakılığa məruz qalması ilə bağlı səsləndirilən iddialar çərçivəsində aparılan araşdırmalardan sonra məktəb rəhbərliyinə xəbərdarlıq edilib".

Ucnoqta.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva deyib.

O bildirib ki, məktəbdə nəzarətin təşkili məsələsinə məsul olan pedaqoji heyətin bir hissəsi barədə isə intizam tənbeh tədbiri görülüb.

Müəllif: Ucnoqta.az redaksiyası