Ucnoqta.az
www.ucnoqta.az

MİDA Bakıda yeni sosial mənzillərin inşasına başlayır

16:57 - 24 Yanvar 2024 tarixində dərc olunub.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıda yeni sosial mənzillərin inşasına başlayır.

Bu barədə İqtisadiyyat.az Agentlikdən məlumat əldə edib.

Yeni çoxmənzilli yaşayış binaları Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava limanı-Zığ şossesi 8-ci km, “10 H” ünvanında yerləşən 2,31 ha torpaq sahəsində inşa olunacaq.

Binaların tikintisi ilə əlaqədar şəhərsalma əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarətinin aparılması işlərinə başlanılır.

Müəllif: Ucnoqta.az redaksiyası