Ucnoqta.az
www.ucnoqta.az

NİİM küləkli və qarlı hava ilə əlaqədar sürücülərə müraciət edib - FOTO

18:25 - 23 Yanvar 2024 tarixində dərc olunub.

 

Hazırda müşahidə edilən küləkli və qarlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospektində bütün məlumat sürət tablolarında “Güclü külək” və “sürüşkən yol” işarəsi qoyulub.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

“Sürücülərdən hava şəraitini nəzərə almaları və müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, - deyə məlumatda bildirilib.

Müəllif: Ucnoqta.az redaksiyası