Ucnoqta.az
www.ucnoqta.az

Bu yolda sürət həddi endirildi

11:58 - 22 Yanvar 2024 tarixində dərc olunub.

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Ucnoqta.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, bütün məlumat sürət tablolarında “Güclü külək” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Müəllif: Ucnoqta.az redaksiyası