Ucnoqta.az
www.ucnoqta.az

Bill Qeyts elan etdi: Yeni COVID-19 peyvəndləri …

04:04 - 22 Yanvar 2024 tarixində dərc olunub.

 “Microsoft” korporasiyasının qurucusu, bəşəriyyət üçün yeni peyvəndlərin hazırlanmasına vəsaitin əhəmiyyətli hissəsini yatıran amerikalı milyarder Bill Qeyts koronavirusa qarşı vaksinlərin formaca fərqli olacağını bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə iş adamı Hindistana səfəri zamanı yerli telekanallardan birinə danışıb. Qeytsin sözlərinə görə, peyvəndin cəmiyyətdə daha populyar olması üçün onlar iynə əvəzinə plastırdan istifadə etməyə hazırlaşırlar. 

"Biz onları daha uzunmüddətli və əhatə dairəsi baxımından daha geniş etməliyik... Biz iynə yerinə kiçik yamaqdan istifadə edəcəyik".
Qeyts həmçinin vəd edib ki, daimi rəqabət və yeni peyvəndlər hazırlamaq cəhdləri şəraitində bəşəriyyət mütləq vərəm, malyariya və HİV-dən qorunmanın yaradılmasına gələcək.

Biz həmçinin peyvəndlərin daha geniş yayılacağını gözləməliyik, Qeyts peyvəndin qiymətlərinin aşağı düşməsinə və kifayət qədər istehsal gücünə əmin olduğunu söyləyib.
Bundan əvvəl Davosda illik Dünya İqtisadi Forumunda çıxışı zamanı Qeyts həyat yoldaşı Melinda ilə birlikdə səhiyyədə yeni texnologiyaların inkişafına 8 milyard dollardan çox sərmayə qoymaq istədiyini açıqlamışdı.

Müəllif: Ucnoqta.az redaksiyası