Ucnoqta.az
www.ucnoqta.az

Bu il Şuşada "ASAN xidmət" açılacaq

13:18 - 20 Yanvar 2024 tarixində dərc olunub.

Bu il Şuşa şəhərində "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, gələcək illərdə də Ağdam, Cəbrayıl və Laçın şəhərlərində də regional "ASAN xidmət" mərkəzləri fəaliyyət göstərəcək.

Müəllif: Ucnoqta.az redaksiyası