Ucnoqta.az
www.ucnoqta.az

MSK üçün xidməti minik avtomobillərinin say həddi artırılıb

17:37 - 19 Yanvar 2024 tarixində dərc olunub.

Mərkəzi Seçki Komissiyası üçün xidməti minik avtomobillərinin say həddi artırılıb.

 Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarda dəyişiklik edib.

Qərara əsasən, Mərkəzi Seçki Komissiyası üçün xidməti minik avtomobillərinin say həddi 19 ədəddən 22 ədədə qaldırılıb.///APA

Müəllif: Ucnoqta.az redaksiyası