Ucnoqta.az
www.ucnoqta.az

İtaliya Qəzzaya sülhməramlılar göndərməyə hazırdır

14:28 - 19 Yanvar 2024 tarixində dərc olunub.

İtaliya Qəzzaya sülhməramlılar göndərməyə hazırdır

Ucnoqta.az xəbər verir ki, İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani bildirib ki, Roma beynəlxalq ictimaiyyət tərəfindən razılaşdırılarsa, Qəzza zolağında BMT-nin sülhməramlı missiyasında iştirak etməyə hazırdır.

“1000-dən çox italyan hərbçisi BMT-nin sülhməramlı missiyası ilə hazırda Livandadır”, - o, bildirib.

“Əgər keçid mərhələsində Qəzzada zəruri sülhməramlı missiya olarsa, biz sülhməramlılar kimi hərbi personalımızı BMT-yə göndərməyə hazırıq”, - deyə Tajani əlavə edib.

Müəllif: Ucnoqta.az redaksiyası