Ucnoqta.az
www.ucnoqta.az

6 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 1 nəfər işdən çıxarılıb

16:48 - 17 Yanvar 2024 tarixində dərc olunub.

Keçən il Bakıda şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunmuş, onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli töhmət verilmiş, 1 nəfərə irad tutulmuş, 1 nəfər tutduğu vəzifədən azad edilmişdir.

Müəllif: Ucnoqta.az redaksiyası