Ucnoqta.az
www.ucnoqta.az

İsrail hərbçiləri bu şəhəri tərk edir

08:06 - 17 Yanvar 2024 tarixində dərc olunub.

İsrail Müdafiə Qüvvələri (IDF) hərbçilərini Nablus şəhərindən və İordan çayının qərb sahilindəki ona bitişik Balata fələstinli qaçqın düşərgəsindən çıxarır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail hərbçiləri qaçqın düşərgəsinə aparan küçələrdən birində partlatdıqları avtomobili müsadirə ediblər.

Müəllif: Ucnoqta.az redaksiyası