Ucnoqta.az
www.ucnoqta.az

Bakıda sexdə baş verən partlayışla bağlı axtarış-xilasetmə işləri bitib

18:03 - 16 Yanvar 2024 tarixində dərc olunub.

Bakının Binəqədi rayonunda sexdə dünən baş verən partlayış-yanğınla bağlı ərazidə axtarış-xilasetmə işləri başa çatıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, partlayış-yanğın baş verən ərazidə axtarış işləri bitib.

Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ucnoqta.az redaksiyası