Ucnoqta.az
www.ucnoqta.az

Qadınların pensiya yaşı azaldılmayacaq - Nazir müavini 

12:07 - 16 Yanvar 2024 tarixində dərc olunub.

Qadınların pensiya yaşının azaldılması ilə bağlı təkliflərə aydınlıq gətirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev 2023-cü ilin yekunlarına dair mətbuat konfransında məlumat verib.

O bildirib ki, əmək pensiyaları ilə bağlı tələblər qanunla tənzimlənir.

"Qadınların pensiya yaşı mərhələli şəkildə artırılır. Bu gün nazirliyin gündəliyində qadınların pensiya yaşının azaldılması məsələsi yoxdur".

Müəllif: Ucnoqta.az redaksiyası