Ucnoqta.az
www.ucnoqta.az

Tayvan yaxınlığında 15 Çin hərbi təyyarəsi aşkar edilib

08:56 - 16 Yanvar 2024 tarixində dərc olunub.

Tayvan hərbçiləri adaya 15 təyyarə və üç Çin gəmisinin yaxınlaşdığını bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Məlumata görə, iki PUA, Y-8 sualtı qayıq əleyhinə və pilotsuz uçuş aparatı adanın cənub-qərbində Tayvan boğazının median xəttini keçib.

Bundan əlavə, Tayvanın qərbində təxminən 6,4 min metr yüksəklikdə Çin şarı qeydə alınıb.

Müəllif: Ucnoqta.az redaksiyası