Ucnoqta.az
www.ucnoqta.az

Antarktidada nadir ağ pinqvin tapılıb

01:24 - 16 Yanvar 2024 tarixində dərc olunub.

Çili Antarktidasında dolaşan nadir, tamamilə ağ pinqvin görüntülənib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İndependent yazıb. Yanvarın əvvəlində çəkilmiş kadrlarda adətən qara-ağ lələklər və başının yuxarı hissəsindəki ağ ləkə ilə seçilən dişi Gentoo növü göstərilir.

Pinqvini lentə alan Çili ordusunun aşpazı Hugo Alejandro Harris Guerra olub.
Qeydə alınan bu nümunə, heyvanın tükündə və ya xəzində piqmentasiyanın qismən itirilməsi nəticəsində yaranan genetik xəstəlik olan leykizm səbəbiylə ilk növbədə ağ rəngdədir. Leysizmə nadir hallarda rast gəlinir, çünki bu, resessiv gendən qaynaqlanır və heyvanları yırtıcıların ovlamasını asanlaşdırır.

Müəllif: Ucnoqta.az redaksiyası