Hüquq-mühafizə orqanlarının əməkdaşları ispan müğənni Xulio İqlesiası Dominikan Respublikasının şərqindəki Punta Kana beynəlxalq hava limanında saxlayıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABC qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, ifaçı ölkəyə Baham adalarından təyyarə ilə gəlib. Eyni zamanda, hüquq-mühafizə orqanlarının əməkdaşları sənətçinin çantalarında 40 kq-dan çox təzə yemək tapıblar.
Məqalə müəlliflərinin qeyd etdiyi kimi, Dominikan Respublikasının qanunvericiliyi ölkəyə təzə məhsulların idxalını qadağan edir. Bununla bağlı hava limanının gömrükçüləri 80 yaşlı müğənnini və onu müşayiət edən şəxsləri bir neçə saat saxlayıb.
Lakin sonradan İqlesias və onun tanışları sərbəst buraxılıb. Materialda aydınlıq gətirilir ki, bundan əvvəl dövlətin ən yüksək vəzifəli şəxsləri - mədəniyyət naziri Milaqros German Olalla və Prezident Aparatının əməkdaşları vəziyyətə müdaxilə ediblər.
Jurnalistlər qadağan olunmuş məhsullara nə baş verdiyini dəqiqləşdirməyiblər.