Ucnoqta.az
www.ucnoqta.az

Nigeriyada avtobusa hücum edən silahlılar 45 nəfəri girov gptürüblər

19:54 - 15 Yanvar 2024 tarixində dərc olunub.

Nigeriyada 3 şəhərlərarası avtobusa hücum edən terrorçular 45 nəfəri girov götürüblər.

Ucnoqta.az-ın məlumatına görə, Nigerian Tribune hadisə şahidlərinə istinadən xəbər verir ki, insident ölkənin cənub-şərqindəki Otukpo-Enugu magistral yolunda (Benue ştatı) baş verib.

 İlkin məlumatlara görə, hücum fidyə almaq üçün həyata keçirilib.

Müəllif: Ucnoqta.az redaksiyası