Ucnoqta.az
www.ucnoqta.az

Vinisius "Barselona" ilə matçda iki unikal rekorda imza atıb

00:36 - 15 Yanvar 2024 tarixində dərc olunub.

"Real Madrid"in braziliyalı ulduzu Vinisius Səudiyyə Ərəbistanında "Barselona" ilə İspaniya Superkubokunun final matçında iki unikal nailiyyətə imza atıb.

Ucnoqta.az xəbər verir ki, braziliyalı futbolçu "El Klassiko"da ən sürətli het-trikə imza atıb. O, həmçinin 21-ci əsrdə bütün yarışlarda bir matçın ilk on dəqiqəsində iki qol vuran ilk futbolçu olub.

23 yaşlı braziliyalı 39-cu dəqiqəyədək 3 dəfə fərqlənib. O, 7, 10 və 39-cu dəqiqələrdə fərqlənib.

Müəllif: Ucnoqta.az redaksiyası