Davosda keçirilən Dünya İqtisadi Forumunda onlar naməlum “X xəstəliyinin” yeni mümkün pandemiyasını müzakirə etməyi planlaşdırırlar.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, ÜST-ün xəbərdarlığına görə, qurbanların sayı koronavirusdan 20 dəfə çox ola bilər.
Forumun proqramına əsasən, dünya liderləri səhiyyə sistemlərini qarşıda duran çoxsaylı çağırışlara hazırlamaq üçün lazım olan yeni səyləri müzakirə etmək istəyirlər. Bildirilir ki, yeni pandemiya ilə bağlı iclas yanvarın 17-də keçiriləcək.
Bu sessiya Səhiyyə Sistemlərinin Dayanıqlılığı Tərəfdaşlığı və Dünya İqtisadi Forumunun Birgə Nəzarət Təşəbbüsü ilə bağlıdır.
Qeyd edildiyi kimi, "Xəstəlik X" epidemiya və ya pandemiyaya səbəb ola biləcək naməlum patogenin hipotetik adıdır.
Yeni bir pandemiya təhlükəsi
Yaxın 10 ildə dünya COVID-19 kimi başqa bir ölümcül pandemiya ilə bürünə bilər. Böyük Britaniyanın ictimai səhiyyə sahəsində araşdırma aparan Airfinity Ltd şirkətinin məlumatına görə, pandemiyanın baş vermə ehtimalı 27,5% təşkil edir.
Cons Hopkins Universitetinin Sistem Tədqiqatları və Mühəndisliyi Mərkəzinin son məlumatlarına görə, pandemiyanın başlanğıcından bəri dünyada demək olar ki, 676 milyon 610 min nəfər COVID-19-a yoluxub, 6 milyon 882 min nəfər isə dünyasını dəyişib.