Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə ordusunun beş əsgəri şəhid olub

23:07 - 12 Yanvar 2024 tarixində dərc olunub.

İraqın şimalında, “Pençe-Kilit” əməliyyatı bölgəsində 5 türk əsgəri şəhid olub, 3-ü ağır olmaqla 8 hərbçi yaralanıb.

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, cavab tədbirləri nəticəsində 12 terrorçu zərərsizləşdirilib.

Bölgədə əməliyyatların davam etdiyi bildirilib.///apa

Müəllif: Ucnoqta.az redaksiyası