Ucnoqta.az
www.ucnoqta.az

Prezident nazir müavinini vəzifəsindən azad etdi

17:45 - 12 Yanvar 2024 tarixində dərc olunub.

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad olunub.

"Report"un əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Musayev Yəhya Musa oğlu 1959-cu ildə Bakıda anadan olub.

O, 2006-cı ildən, Müdafiə Sənayesi Nazirliyi yarandığı dövrdən nazir müavini vəzifəsini tuturdu.

Müəllif: Ucnoqta.az redaksiyası