Ucnoqta.az
www.ucnoqta.az

Vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb

11:00 - 12 Yanvar 2024 tarixində dərc olunub.

2023-cü il ərzində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilmiş xidmətlərə görə ödənilmiş ƏDV-nin 154 milyon 178,8 min manatı geri qaytarılıb.

Bu barədə Ucnoqta.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edək ki, ölkəmizdə bir sıra sahələrdə malların alışı və xidmətlərin göstərilməsi zamanı ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5 faizi, nağd ödənişlər üzrə 5 faizi müvəkkil bank tərəfindən istehlakçılara geri qaytarılır.

Müəllif: Ucnoqta.az redaksiyası