Ucnoqta.az
www.ucnoqta.az

Nigeriya silahlı qüvvələri 80-dən çox terrorçunu məhv edib

21:10 - 11 Yanvar 2024 tarixində dərc olunub.

Nigeriya hökumət qüvvələri son bir həftə ərzində ölkə daxilində həyata keçirdiyi əməliyyatlarda 86 terrorçunu məhv edib

Bu barədə Nigeriya Müdafiə Nazirliyinin media ilə əlaqələr üzrə direktoru general-mayor Edvard Buba bildirib. Məlumat görə, daha 101 terrorçunu ələ keçirib.

"Əsas səylər yaraqlıların qışladıqları bazalara hava zərbələrinin endirilməsinə yönəldilib. Terrorçular tərəfindən girov götürülənlər azad edilib", - deyə o, Nigeriyanın "Daily Post" qəzetinə istinadən bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası