Ucnoqta.az
www.ucnoqta.az

Cenin şəhərində İsrail əsgərləri ilə Fələstin müqavimətçiləri arasında döyüş gedir

08:56 - 11 Yanvar 2024 tarixində dərc olunub.

 İordan çayının qərb sahilindəki Cenin şəhərinin şərq hissəsində fələstinli müqavimət döyüşçüləri ilə İsrail hərbçiləri arasında silahlı toqquşmalar yenidən başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, Ceninə hücum zamanı İsrail təhlükəsizlik qüvvələri şiddətli müqavimətlə üzləşib və küçələrdə döyüşlər başlayıb.

Müəllif: Ucnoqta.az redaksiyası