Ucnoqta.az
www.ucnoqta.az

ABŞ hərbçiləri Suriyada raket atəşinə tutulub

18:04 - 10 Yanvar 2024 tarixində dərc olunub.

ABŞ hərbçiləri Suriyanın şərqində raket atəşinə tutulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, insident Deyr əz-Zor əyalətində Amerika hərbi bazasının yerləşdiyi Koniko qaz yatağının ərazisində baş verib.

Hücumun nəticələri barədə məlumat verilmir.

Müəllif: Ucnoqta.az redaksiyası