Ucnoqta.az
www.ucnoqta.az

İsrail ordusu Nablus şəhərinə hücuma başlayıb

09:03 - 10 Yanvar 2024 tarixində dərc olunub.

İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilindəki Nablus şəhərinə hücum edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail qüvvələri şəhər hüdudlarındadır və onun tarixi hissəsində yerləşən məhəllələrə doğru irəliləyir.

Müəllif: Ucnoqta.az redaksiyası